hadise
5.04.2019
Abşeronda 39 yaşlı kişi özünə OD VURDU

Abşeron sakini özünü yandırıb.
dogruxeber.tv ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


