hadise
13.02.2019, 10:50
40 yaşlı kişi özünü eyvanda asdı

Siyəzən rayonunda intihar hadisəsi baş verib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb.
Kənd sakini, 1979-il təvəllüdlü Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


