gundem / sosial / hadise / bolge / Cəmiyyət
20.07.2021, 14:38
Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb
dogruxeber.tv: - Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.


