Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir













Çinar ağacı dünyanın ən uzunömürlü ağaclarından hesab olunur. Dözüm, vüqar və uzunömürlülük simvolu olan bu ağaclar 800-1000 il yaşamaq qabliyyətinə malikdir. Samux rayonunun Kolayır kəndi ərazisində ucalan çinar ağacının isə 1500 yaşı olduğu söylənilir.

Düldül adlandırılan çinar
Düldül adlandırılan çinar
Ağac haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan yerli sakinlər bildiriblər ki, rəvayətə görə, yeddinci əsrdə yaşamış Həzrəti Əli (1-ci imam, 4-cü Rəşidi xəlifəsi Əli ibn Əbu Talib) Azərbaycana gəlişi zamanı bu ərazilərdə olub və onun atının ayaq izi çinarın üstündə qalıb. O səbəbdən də İmam Əlinin atının adı ilə “Düldül” adlandırılan bu möhtəşəm çinar müqəddəs sayılaraq, ziyarətgaha çevrilib.

Kənd sakini Musa Hüseynov Azərbaycanın hər yerindən çinarın ziyarətinə gələnlərin olduğunu söyləyir: “Rəvayət var ki, Həzrəti Əli Azərbaycana səfər edib və bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb. Düldül adı elə buradan meydana gəlib”.

Həzrət Əli bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb
Həzrət Əli bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb
“Ağacın aşağı hissəsində bir oyuq var. Deyilənə görə, bu, Düldülün ayaq izidir. İnsanlar da bunu belə qəbul edib, tək Samuxdan deyil, ətraf rayonlardan, hətta Bakıdan da bu ağacın ziyarətinə gəlirlər” – müsahibimiz danışır.

At nalının yerini göstərən M.Hüseynov ziyarətə gələnlərin niyyət tutub, ağacın budaqlarına yaylıq, dəsmal bağladıqlarını, istəkləri qəbul olduqda isə, yenidən gələrək qurban kəsib, ehsan payladıqlarını deyir.

Çınarın üzərinə asılmış niyyət yaylıqları
Çınarın üzərinə asılmış niyyət yaylıqları
Sözügedən çinar ağacının elmi cəhətdən özəllikləri də araşdırılıb. Bu barədə isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Arif Qazıyev məlumat verib.

A.Qazıyev, elmi mənbələrdə adı “Platanus Orientalis” kimi çəkilən, ölkəmizdə isə “Şərq çinarı” adlandırılan çinarın ən uzunömürlü ağac növlərindən olduğunu bildirib: “Çinar ağacı həmişə öz forması, əzəməti ilə insanların marağını cəlb edib. İnsanlarımız çinarı müqəddəs sayaraq, onu qırmağı, yandırmağı günah hesab ediblər”.

İmam Əlinin atının adı ilə Düldül adlandırılan bu çinar, müqəddəs sayılaraq ziyarətgaha çevrilib
İmam Əlinin atının adı ilə Düldül adlandırılan bu çinar, müqəddəs sayılaraq ziyarətgaha çevrilib
“Hətta, Gəncəbasar bölgəsində əzəmətli görkəmi ilə ucalıq, məğrurluq rəmzi olaraq ona “Xan çinar” da deyirlər. Ümumiyyətlə, həm görünüşü, həm də təbiətə verdiyi faydasına görə elmi nəzərdən də çox maraqlı bitki olaraq qəbul olunur, biyaban, park salınmasında geniş istifadə olunur” – dosent qeyd edib.

Düldül çinarın yaşına gəlincə isə, A.Qazıyev bu ağacın 1500 deyil, 700-800 il aralığında yaşı olduğunu təxmin edir: “Ağacın gövdəsinə baxsaq, heç bir kəsintinin, qopmanın olmadığını aydın görürük. Ağac boy atdıqca gövdəsinin eninə görə həlqələr əmələ gəlir. Elmi yolla, yəni bir il ərzində bu ağaclarda neçə həlqə əmələ gəldiyini hesablayıb, qənaətə gəlmişik ki, Düldül çinar kimi tanınan bu ağacın, haradasa, 700 yaşı var”.


Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir


Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir


Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir


Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər