Deputatdan bağlanan banklardakı əmanətlərlə bağlı yeni təklif


""Muğan Bank"ın müflis elan edilməsi daha bir vacib məsələni gündəmə gətirdi. Belə ki, bankda depoziti olanların əmanətləri üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir".

dogruxeber.tv xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, sığorta hadisəsi isə bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsidir:

"Yəni, “Muğan Bank”dakı qorunan əmanətlərə artıq faiz hesablanmır və həmin məbləğlər dəyişməz qalıb. Əmanətlərin ödənilməsinin 90 və bəzi hallarda 180 gün tələb etdiyini nəzərə alsaq, o halda bu müddətdə əmanətlər passiv vəsait kimi hesabda qalacaq. Məsələn, vətəndaşın bankda 30 min manat əmanəti olub və bank müflis olanadək onun depozitinə 2700 manat faiz hesablanıb. Bununla da cəmi əmanət məbləği 32 700 manat olub. Əgər bank müflis olmasaydı onun depoziti ilin sonunda 33 600 manat olmalı idi. Amma bank müflis olduğundan onun depoziti 3 ay sonra ödənilsə də vətəndaşımız 33 600 manat deyil, 32 700 manat alır. Praktik olaraq, vətəndaşın depoziti ondan asılı olmayan səbəbdən hesabda passiv formada saxlanılır. Əksinə, vətəndaşın müflis olanda bankda krediti varsa, həmin kreditə faiz hesablanması davam edir. Yəni, eyni vətəndaşın "Muğan Bank"da həm depoziti, həm də krediti varsa, o halda onun depozitinə faiz gəliri hesablanması dayandırılır, kreditinə isə aylıq faizlər əlavə olunur. Nəticədə, depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş kredit üzrə öhdəliyini tam ödəməli olur.

Bu baxımdan, təklif edirik ki, əmanətlərə faizlər sığorta hadisəsi baş verən günə deyil, vəsaitin ödənilməsi barədə qərar verilən tarixədək hesablansın. Bu halda 12 fazilə bankda 30 min manat əmanəti olan vətəndaşın depozitinə 3 ayda orta hesabla 900 manat faiz gəliri hesablanıb əlavə olunacaq. Vətəndaşın sığortalanmış depoziti ödənilən zaman ona 32700 manat deyil, müqavilədə göstərilən kimi 33600 manat veriləcək. Nəticədə, bankın müflis olması vətəndaşımızın əmanət gəlirlərini azaltmayacaq".

Son xəbərlər

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

Bütün xəbərlər