Araz çayında batan İmişli sakininin cəsədi tapılıb - YENİLƏNİB

İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
saat 00.17
İmişli rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlu Göbəktala kəndi ərazisində Araz çayında çimərkən boğulub.
Hazırda Т.İmanovun batdığı yerdə FHN xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.


