gundem / siyaset / dunya
28.09.2022
Fransa və Ermənistan müdafiə nazirləri görüşdü
Fransa və Ermənistan müdafiə nazirləri Parisdə görüşüb.
"dogruxeber.tv" erməni mətbuatına istinadən xəbər verir ki, Suren Papikyan və Sebastyan Lekornü arasındakı görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.
Lekornü mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.



