Saharada tapılan meteoritlər Günəş sisteminin ən müəmmalı planetindən ola bilər

İki il əvvəl Sahara səhrasında tapılmış iki meteoritin Merkuridən gəlmiş ola biləcəyi ehtimal edilir. Bu, onları Günəş sisteminin ən az öyrənilmiş və ən müəmmalı planetinin ilk tanınmış fraqmentlərinə çevirə bilər.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə CNN yazıb.

Merkuri – Günəş sistemində yerləşən planetlər arasında ən yaxın məsafədə yerləşdiyindən, onun araşdırılması hətta kosmik zondlar üçün də olduqca çətindir. İndiyədək Merkuriyə cəmi iki zond – 1973-cü ildə buraxılmış "Mariner 10" və 2004-cü ildə göndərilmiş "MESSENGER" yaxınlaşıb. Üçüncü zond - Avropa Kosmik Agentliyinin "BepiColombo" cihazı isə hazırda yoldadır və növbəti ilin sonuna qədər planetin orbitinə daxil olması gözlənilir.

Alimlər Merkuri haqqında çox az məlumata malikdirlər və indiyədək bu planetdən Yerə düşmüş meteorit nümunəsi öyrənilməyib. Mütəxəssislər arasında bu barədə fikir ayrılığı olsa da, bəzi astronomlar Merkurinin meteoritlər yarada biləcəyini düşünürlər.

"Bizdə Ay və Mars mənşəli meteoritlərin sayı çoxdur. Dinamik modellərə əsasən, Merkuri mənşəli təxminən 10 meteoritimiz olmalı idi", deyə Böyük Britaniyanın Açıq Universitetindən tədqiqatçı Ben Rayder-Stoks bildirib.

Lakin o əlavə edib ki, Merkuri Günəşə daha yaxın yerləşdiyi üçün ondan qopmuş hər hansı materialın Yerə çatması üçün həm də Günəşin cazibə qüvvəsini dəf etməsi lazımdır. Bu, nəzəri cəhətdən mümkündür, lakin xeyli çətindir. Hazırda heç kim Merkuridən gəldiyi dəqiq şəkildə təsdiqlənmiş meteorit tapmayıb.

Rayder-Stoks qeyd edib ki, 2023-cü ildə tapılmış bu iki meteoritin həqiqətən Merkuriyə aid olması təsdiqlənərsə, bu, planetin geologiyası və tərkibi barədə anlayışımızı xeyli genişləndirə bilər.

Bununla belə, alimlər meteoritlərin Merkuriyə aid olduğunu sübut etməkdə bəzi ziddiyyətlərə diqqət çəkiblər. Əsas məsələ onların yaş fərqidir – fraqmentlər Merkuri səthindən təxminən 500 milyon il daha qədimdir. Lakin bu fərqin, MESSENGER zondundan alınan məlumatların qeyri-dəqiqliyi ilə əlaqəli ola biləcəyi düşünülür.

Rayder-Stoks bildirib: "Merkurinin materialını birbaşa əldə etməyincə və ya onun səthinə getməyincə, bu nümunələrin Merkuridən gəldiyini tam əminliklə sübut etmək və ya təkzib etmək çox çətin olacaq".

Yenə də meteoritlərin tərkibi bu ehtimalı gücləndirə bilər. Hər iki meteoritdə də "olivin" və "piroksen" adlı, dəmir baxımından kasıb olan minerallar aşkarlanıb. Bu maddələrin Merkuridə olması "MESSENGER" zondu tərəfindən artıq təsdiqlənib.

Bundan əlavə, meteoritlərin tərkibində dəmirin tamamilə olmaması alimlərin Merkurinin səthi ilə bağlı təxminlərinə uyğundur. Lakin meteoritlərdə "plagioklaz" adlı mineralın izlərinə çox az rast gəlinib, halbuki bu mineral Merkuri səthində üstünlük təşkil edir.

Ən böyük qeyri-müəyyənlik isə meteoritlərin yaşı ilə bağlıdır. Onların yaşı təxminən 4,5 milyard ildir, lakin Merkuri səthinin əsas hissəsi 4 milyard il yaşı ilə hesablanır.

Rayder-Stoksun fikrincə, bu fərq meteoritlərin Merkuridən gəlməsini istisna etmir, çünki səthin yaşı ilə bağlı mövcud məlumatlar tam dəqiq deyil.

Alimlər ümid edirlər ki, 2027-ci ildə Merkurini araşdırmağa başlayacaq "BepiColombo" zondu bu planetin mənşəyi, tərkibi və orada suyun olub-olmaması ilə bağlı suallara cavab verə biləcək.

NASA-nın MESSENGER missiyasının əsas tədqiqatçısı Şon Solomona görə, Səhrada tapılmış meteoritlər Merkuridən deyil. Onun fikrincə, meteoritlərin yaşı, planet səthindəki süxurların yaşına dair ən dəqiq hesablamalardan çox geriyə gedir. Bununla belə, o da etiraf edir ki, bu nümunələr elmi baxımdan böyük əhəmiyyət daşıyır.//Qaynarinfo

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər