hadise
30.10.2019
Qəbələdə dəhşət: minik maşını ağaca çırpıldı, 2 nəfər öldü

Qəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
"dogruxeber.tv"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı cinayət işi başlanılıb.


