dunya
10.04.2018, 09:13
Maltada turist avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var

Maltada turistləri daşıyan ikimərtəbəli avtobus ağaca çırpılıb.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə “Times of Malta” xəbər verib.
Məlumata əsasən, qəza nəticəsində 62 yaşlı belçikalı kişi və 37 yaşlı ispaniyalı qadın ölüb. 50 turistin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.
24 yaşlı yerli sürücüdən başqa, zərərçəkənlərin hamısı əcnəbilərdir. Qəzanın səbəbləri müəyyənləşdirilir.


