hadise
31.01.2019, 15:57
Cəlilabadda fabrikdə kütləvi zəhərlənmə oldu - 5 nəfər ...

Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


