dunya
4.08.2018, 08:54
İspaniyada 2 nəfər istidən öldü

İspaniyada isti hava səbəbindən 2 nəfər dünyasını dəyişib.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, Afrikadan şimala doğru axın edən isti hava kütləsi İber yarımadasını cənginə alıb. 2003-cü ildən bəri yarımadada ən yüksək temperatur göstəricisi müşahidə edilib. 40 və 78 yaşlı iki nəfər yüksək temperatur səbəbindən infarkt keçirərək dünyasını dəyişib. Temperaturun 2-3 dərəcə artaraq 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, İspaniya və Portuqaliyada ən yüksək temperatur 1977-ci ildə 47 dərəcə qeydə alınıb.


