Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

29 il (1995-2024) Milli Məclisin deputatı olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının adı dələduzluqla bağlı cinayət işində keçir.

"dogruxeber.tv" Gununsesi.info-ya istinadən xəbər verir ki, zərərçəkmişlərin Fəzail Ağamalı tərəfindən aldadıldığı, dələduzluq yolu ilə ələ keçirilən pulların ona çatdığı barədə ifadə verilib.

Həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məhərrəm İsmayılov bu cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb. O, iki nəfəri onlara məxsus torpaq sahəsini təyinatını dəyişmək adı ilə aldadıb pul almaqda ittiham olunur.

İttihama əsasən, Quba rayonun Əski İqrik kəndində yerləşən torpaq sahəsi üçün Masazır qəsəbəsində zərərçəkmişlərdən birindən 15 min, Lökbatan qəsəbəsində isə başqa zərərçəkəndən 10 min manat pul alıb.
Zərərçəkmişlərin Məhərrəm İsmayılovla birbaşa tanışlığı olmayıb. Onu tanıyan şahidlər isə bildiriblər ki, illər əvvəl “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” ictimai birliyini sədri kimi tanıyıblar. Onun müəyyən vəzifəli adamlarla münasibəti olduğunu eşidib, torpaq məsələsini də həll edə biləcəyini düşünüb ona pul veriblər.

1963-cü il təcəllüdlü Məhərrəm İsmayılov istintaqa ifadəsində bildirib ki, zərərçəkənlərə onun vasitəçiliyi ilə, amma Fəzail Ağamalı tərəfindən ziyan vurulub. Onun sözlərinə görə, həmin vaxt Fəzail Ağamalı hələ deputat idi: “Amma niyəsə ancaq məni itiham edirlər. Mən yalnız vasitəçi olmuşam. Əhlimanla yaxın münasibətlərimiz vardı, zəng eləyib dedi ki, Lökbatanda bir tanışı var, həyətyanı torpaq sahəsinin təyinatını dəyişib, qeyri-yaşayış eləmək istəyir, ona kömək eləyə bilərsən? Ona dedim ki, Milli Məclisdən Fəzail Ağamalı ilə tanışlığımız var, onunla məsləhətləşim, razlııq versə, həll eləyərəm. Bir neçə gündən sonra Fəzail müəllimlə görüşdüm, məsələ barədə məlumat verdim, dedi ki, həll eləyə bilərəm”.
Məhkəmənin hökmü ilə Məhərrəm İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. Əvvəl zərərçəkənlərin hər ikisi ondan şikayətçi olub, sonradan biri şikayəti geri götürüb.

Məsələ ilə bağlı əməkdaşımız sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

O, ona qarşı irəli sürülən bu ittihamın əsassız və şər olduğunu bildirir:

“Məhərrəm İsmayılov dələduzluqda ittiham olunur. Siz onun sözünə niyə inanırsınız? O adam mənə şər atır, dediklərinin heç birinin əsası yoxdur. Yalan danışır. Əhəmiyyət verməyin”.

Qeyd edək ki, 2024-cü ildə keçirilən son parlament seçkilərində Milli Məclisdə Fəzail Ağamalı yox, onun qızı Günay Ağamalı təmsil olunur. O da atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasının Qadınlar Şurasının sədridir.(Gununsesi.info)

Son xəbərlər

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Bütün xəbərlər