gundem / hadise / Cəmiyyət
4.10.2024
Elman Paşayev külli miqdarda dələduzluqda ittiham olunur
Keçmiş vəkil Elman Paşayevə qarşı xüsusi külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.
"Paşayev Cinayət Məcəlləsinin 159-cu maddəsinin (xüsusilə külli miqdarda dələduzluq törədilib) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunub. İstintaq çərçivəsində artıq 3 şahid dindirilib", - məlumatda deyilir.
Xatırladaq ki, vəkil sentyabrın 17-də Moskvada saxlanılıb.



