dunya / maraqli
27.07.2019, 10:28
6 yaşı var: 8 milyon dollara bina aldı - Foto

Cənubi Koreyada yaşayan 6 yaşlı "youtuber" özünə 8 milyon dollara 5 mərtəbəli bina alıb.
"dogruxeber.tv" xarici mətbuata istinadən bildirir ki, Boram adlı qızın aylıq qazancı 3 milyon dollardır.
Qeyd edək ki, balaca qızın 2 kanalı var. 30 milyon abonəsi olan qızcığazın bəzi videolarına baxış sayı 350 milyonu keçib.


