dunya
12.08.2020
Kanadanın həm pilotlu, həm də pilotsuz uça bilən hava vasitəsi

Kanadada yerləşən “Icarus Aerospace” şirkəti istifadə həm pilotlu, həm də pilotsuz uça bilən taktiki uçuş aparatını təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şəbəkə mərkəzli qabiliyyəti və yenilikçi avionika konfiqurasiyası ilə uçuş aparatı həm iki pilot tərəfindən idarə oluna, həm də uzaqdan idarə olunaraq tam avtonom şəkildə uça bilir.
Taktiki uçuş aparatı yanacaq doldurmadan təxminən altı saat havada qala bilir. Uçuş aparatları yaxın hava dəstəyi, dəniz patrulu və sualtı müdafiə üçün nəzərdə tutulub.
(Aqreqrator.az)


