gundem
19.06.2018
Ermənistana məxsus PUA məhv edilib

Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
"dogruxeber.tv" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.


