siyaset
21.02.2018, 19:45
Cəbhədə düşmən kvadrokopteri ələ keçirilib

Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı
qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


