gundem
3.03.2018
Ermənistan ordusuna məxsus PUA zərərsizləşdirilib.

dogruxeber.tv Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib



