gundem / Təhsil / Cəmiyyət
5.02.2026, 11:00
Xaricdə orta təhsil alan abituriyentlərin NƏZƏRİNƏ
Xarici ölkələrdə orta ümumtəhsil müəssisəsini bitirən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün qeydiyyatı fevralın 18-dən martın 5-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu kateqoriyaya aid şəxslər ümumi qaydada elektron ərizə doldurmalı və qəbul elanında göstərilən tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Sənədlər DİM-də və ya Mərkəzin regional bölmələrində yaradılmış Sənədlərin Qəbulu Komissiyalarından (SQK) hər hansı birinə təqdim oluna bilər.//Tribuna.az



