Milli Məclisin Sədri Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Quo Minlə görüşüb






Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb.
dogruxeber.tv Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki,spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməkdən məmnun olduğunu bildirib. Sədr vurğulayıb ki, Azərbaycan dost Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir.
İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının rolundan danışan Milli Məclisin Sədri ölkə liderlərinin qarşılıqlı səfərlərini xüsusi olaraq vurğulayıb. Sədr ölkələrimiz arasında bu günə qədər 81 sənədin imzalandığını və bu sənədlərin əlaqələrimizin gələcək inkişafı üçün etibarlı hüquqi əsas formalaşdırdığını diqqətə çatdırıb. Sədr həmçinin qeyd edib ki, Azərbaycanda 100-dən çox Çin şirkəti qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir.
Milli Məclisin Sədri bildirib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Sədr iki ölkə parlamentlərinin deputatlarının beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyindən danışıb.
Spiker COVİD-19 pandemiyası dövründə əməkdaşlığa da toxunaraq pandemiya ilə mübarizədə Çinin ölkəmizə verdiyi dəstəyə və göstərdiyi yardımlara görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq cəbhə bölgəsindəki vəziyyət haqqında ətraflı məlumat verib.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Çinin Azərbaycandakı səfiri xanım Quo Min ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Qonaq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası əlaqələrin xüsusi rolunu qeyd edib. Bildirib ki, Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasına, regionda sülhün və sabitliyin bərqərar olunmasına ümid edir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxunub: 794

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər