“2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək” - Metyu Brayza

dogruxeber.tv: - “2021-ci il Azərbaycan diplomatiyası üçün və bütövlüklə Azərbaycanın dünyada tutduğu mövqeyə görə çox möhtəşəm il oldu. Əlbəttə, 2020-ci ildə, Azərbaycan II Qarabağ müharibəsini qazandı və ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə Azərbaycan tarixində həm hərbi, həm də diplomatik inkişafı əks etdirdi”. Bu sözləri Bizim.Media-ya açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza 2021-ci ildə Azərbaycanın əldə etdiyi nəaliyyətlərindən danışarkən deyib.

O, Azərbaycanın son iki ildə siyasi arenada əldə etdiyi uğurlarından da danışıb.

“Burada həmçinin 2021-ci ilin yanvarın 11-də infrastruktur layihələri və nəqliyyat xətlərinin bərpası və açılması üçün Əliyev, Paşinyan və Putin arasında bağlanmış müqaviləni də qeyd etmək lazımdır. Beləliklə, Azərbaycan sülhün möhkəmləsi üçün irəlilədi və daha sonra Cənubi Qafqaza və Ermənistanla arasında nəqliyyat xətlərinin bərpası üçün yatırım cəlb etdi”.

M.Brayza 26 noyabrda Soçidə üçtərəfli görüşdəki qazanılan naliyyətləridən də danışıb.

“Azərbaycan 2021-ci ili çox böyük nəaliyyətlərlə başa vurur. Yekun olaraq, deyərdim ki, Azərbaycan həm sülhün qoruyucusu kimi, həm də siyasi və iqtisadi inkişafı nümayiş etdirən öndə gedən ölkələrdən biri olaraq özünü dünya arenasında bir daha təsdiq etdi. Bu da Cənubi Qafqazın bütün ölkələri üçün pozitiv rol oynayacaq”.

Ekspert 2022-ci ildə ABŞ və Azərbaycan arasında münasibətlər haqqında da öz proqnozlarından danışıb.

“Düşünürəm ki, 2022-ci ildə, Azərbaycan və ABŞ arasında inkişaf çox yüksək səviyyədə davam edəcək, yəni Ağ Ev Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək. Burada əsas səbəb Azərbaycanın regionda sülhü bərqərar etməsi və iqtisadi inkişafıdır. Qeyd edim ki, ABŞ prezidenti Co Bayden keçmiş ölkə başçılarından fərqli olaraq Cənubi Qafqaz regionuna daha çox diqqət yetirir. Ancaq bunu da vurğulayım ki, Co Bayden deyil, daha çox ABŞ Dövlət Katibi Blinken bu işdə daha aktiv iştirakçı olacağını düşünürəm. O, Azərbaycanla strateji əməkdaşlığının vacibliyini anlayır. Yekin olaraq düşünürəm ki, regionda stabilliyin yaranması, sülhün bərqərar olması və iqtisadi inkişafın yaranmasında ABŞ Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük rol oynayacaq”.

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər