Türkiyənin Ermənistanla sərhədləri açması üçün 4 ŞƏRT

dogruxeber.tv: - Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “İrəvan dialoqu” forumunda Türkiyə ilə sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirib. O deyib ki, Ermənistan Türkiyə ilə sərhədlərini açmağa və diplomatik münasibətlər qurmağa hər zaman hazır olub. “Türk qonşularımız siyasi iradə nümayiş etdirərsə, hətta sabah tam normallaşmış münasibətlər qurula bilər”, deyə vitse spiker qeyd edib.

R.Rubinyanın açıqlamasını Demokrat.az-a şərh edən politoloq Amid Əliyevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsində, danışıqların aparılmasında Türkiyə strateji müttəfiqimiz olmaqla yanaşı, milli maraqlarımızdan çıxış edir:

“Dəfələrdə bunun şahidi olmuşuq. Türkiyə dövlətinin başçısı, xarici işlər naziri və digər siyasi rəhbərlər Ermənistanla sərhədlərin açılmasının yalnız Azərbaycanın milli maraqları çərçivəsində mümkün ola biləcəyini vurğulayıblar. Türkiyə və Ermənistan rəsmilərinin görüşündə sərhədlərin açılması müzakirə olunub, müsbət tendensiyanın şahidi olmuşuq bu məsələ ilə bağlı. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə tərəfi hər zaman bu məsələni Azərbaycanla qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra həyata keçirəcəyini diqqətə çatdırıb”.

Ekspert hesab edirəm ki, burada Azərbaycanın siyasi iradəsinin olması şərtdir:

“Son günlər bu məsələnin gündəmə gətirilməsinin səbəbi odur ki, Ermənistan Baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasında daha israrlı olduğunu göstərir. Bundan ilhamlanaraq Ermənistan parlamentinin vitse spikeri bu fikirləri söyləyib ki, Türkiyə ilə sərhədlər açıla bilər. Lakin nəzərə almaq lazımdır ki, hələ sülh sazişi imzalanmayıb, sadəcə müəyyən bir hissəsi razılaşdırılıb. Sərhədlərin delimitasiya-demarkasiyası tam şəkildə həyata keçirilməyib”.

A.Əliyev qarşıda duran ən böyük məsələlərdən birinin də Zəngəzur dəhlizi olduğunu xatırladıb:

“Dəhlizin açılmasında Türkiyənin böyük iqtisadi və siyasi maraqları var. Hesab edirəm ki, səsləndirilən fikirlər indiki halda yalnız Ermənistanın daxili auditoriyasına hesablanıb. Ermənistan hakimiyyəti son vaxtlar erməni xalqına və dünya ictimaiyyətinə göstərməyə çalışır ki, Azərbaycanla münasibətləri qaydasına qoymağa, sülh bağlamağa tam hazırdır. Lakin bu belə deyil.

Əslində, Ermənistanın Türkiyənin özünə qarşı ərazi iddiaları var, konstitusiyada bu öz əskini tapıb. Qondarma erməni soyqırımı haqqında iddialar, Qarabağ bölgəsinə qarşı ərazi iddiası Ermənistanın konstitusiyasında yer alır. Konstitusiyanın dəyişdirilməsi, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması gerçəkləşməsə, Azərbaycanın milli maraqlarının təmin olunduğunu deyə bilmərik. Məhz bunlardan sonra Türkiyə-Ermənistan sərhədinin açılması, iqtisadi, diplomatik əlaqələrin bərpasından danışmaq olar. Ermənistan 2020-ci il 10 noyabr bəyanatında irəli gələn öhdəliklərini yerinə yetirməlidir”.

Oxunub: 403

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər