Ağ Evdən Zəngəzur eyhamı – İLGİNC

“ABŞ Ermənistan və Azərbaycan ərazilərindən keçməklə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru marşrutun yaradılması imkanlarını nəzərdən keçirir”.

dogruxeber.tv: - Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Senatın xarici əlaqələr komitəsində dinləmələr zamanı Azərbaycan-Ermənistan sülh prosesi barədə açıqlama verərkən bildirib.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçəcək marşrutun Rusiya və Çindən yan keçməsini planlaşdırır.

O, bu marşrutun Rusiya və Çindən keçməsinin planlaşdırılmadığını vurğulayıb. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və hazırda onların dünya bazarlarına çıxışının yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçən bir marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər, beləliklə Rusiya və Çindən daha az asılı olacaqlar”, – deyə O’Brayen deyib.

ABŞ diplomatının son açıqlaması onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya çıxış imkanları əldə etmək üçün xüsusi strateji planlar qurur, həmçinin “Orta Dəhliz”in tam reallaşması üçün investisiya layihələri həyata keçirmək niyyətindədir.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı geostrateji planlarında regional nəqliyyat kommunikasiyalar prioritet təşkil edir:

“ABŞ rəsmisi bu barədə fikir bildirərkən əsasən Zəngəzur dəhlizinə eyham vurur. Qətiyyən şübhə doğurmur ki, ABŞ, o cümlədən Avropa İttifaqı iki böyük region – Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirəcək dəhlizin açılmasında maraqlıdır. Burada ən önəmli məqam budur ki, əgər son dövrlərdə ABŞ, Avropa İttifaqı və Fransa Cənubi Qafqazla bağlı irrasional və kobud siyasət yürütməsəydilər, bu regionda həm sülh prosesi uğurla başa çatardı, həm də Zəngəzur dəhliz açılardı.

Yəni prosesin əvvəlində Qərb dairələri Zəngəzur dəhlizinin açılmasına əngəl yaradırdılar, indi isə bu dəhlizin açılması üçün addımlar atmaq istəyirlər. Onların əsas hədəfi budur ki, bu dəhliz açılacağı təqdirdə ona Rusiya yox, məhz Qərb qüvvələri nəzarət etsin, həmçinin Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya çıxış imkanları əldə olunsun”.

Ekspert bildirib ki, ABŞ-nin bu məsələdə əsas strateji hədəfi Mərkəzi Asiyanı Rusiya və Çinin təsir dairəsindən çıxardıb öz təsir dairəsinə qatmaqdır. Onun fikrincə, ABŞ-nin Mərkəzi Asiyada möhkəmlənməsi Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olunmasından keçir:

“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanacağı təqdirdə Zəngəzur dəhlizinin açılması mümkün olacaq. Bu dəhliz açılmalıdır ki, ABŞ və Avropa İttifaqı da Mərkəzi Asiyaya çıxış imkanları əldə etsinlər.

Əgər Cənubi Qafqazda yenidən münaqişə alovlanarsa, ABŞ və Aİ-nin bu region üzərində Mərkəzə Asiyaya çıxışı qeyri-mümkün olacaq. Sözsüz ki, ABŞ Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı məsələlərin öz geostrateji maraqları və hədəfləri çərçivəsində həll olunmasını istəyir”.

Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Vaşinqtonun Avrasiya strategiyasında ciddi dəyişikliklərin olub-olmayacağı barədə suala cavab verən E. Xalidbəyli vurğulayıb ki, Trampın ABŞ-nin xarici siyasəti ilə bağlı mövqeyi Bayden administrasiyasının mövqeyindən fərqlənir:

“Tramp Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Bu da ABŞ-nin Avrasiya strategiyasına öz təsirini göstərə bilər. Əgər Donald Tramp yenidən hakimiyyətə gələrsə, o, ilk növbədə Rusiya ilə qarşıdurmanın yumşaldılmasına üstünlük verəcək, Moskva ilə kəskin şəkildə maraqların toqquşmasına imkan verməyəcək. Bu baxımdan hesab etmək olar ki, Tramp yenidən prezident seçilərsə, ABŞ-nin Avrasiya strategiyasında müəyyən fərqli yanaşmalara şahid ola bilərik”.//“Cebheinfo.az”

Oxunub: 390

Son xəbərlər

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Bütün xəbərlər