Norveçin “Geopolitika” nəşrində Vaşinqtonda imzalanan saziş haqqında məqalə dərc olundu

Norveçin “Geopolitika” nəşrində Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması haqqında məqaləsi dərc olunub.

"dogruxeber.tv" xəbər verir ki, müəllif bu sazişin uzunmüddətli ardıcıl diplomatik səylərin nəticəsi olduğunu yazır.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan beynəlxalq hüququn beş prinsipinə əsaslanan sülh sazişi layihəsini təklif edərək, onilliklər ərzində davam edən qarşıdurmanı hüquqi və qarşılıqlı məqbul əsaslarla əvəz etməyə çalışıb.

Diplomat vurğulayır ki, sazişin yekun imzalanması üçün əsas şərt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları istisna edərək Konstitusiyaya düzəlişlər etməyə hazır olmasıdır. Razılaşmaların mühüm hissəsi bütün nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə təhlükəsiz quru yolu dəhlizinin açılması idi. Müəllifin fikrincə, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı layihə təkcə iki ölkəyə deyil, həm də bütün regional iqtisadiyyata fayda gətirəcək.

Z.Əhmədov qeyd edir ki, hər iki tərəf qisasçılıq əhvali-ruhiyyəsindən əl çəkib 1991-ci il Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsinin prinsipləri əsasında mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bildiriblər. Onun fikrincə, bu, münaqişəni əməkdaşlıqla əvəzləmək, Cənubi Qafqazda sabitlik və rifahı təmin etmək üçün real imkanlar açır.

Diplomat qeyd edir: “Dörd il ərzində Azərbaycanın səfiri vəzifəsində çalışdığım müddətdə şimal ölkələrində Azərbaycan ilə Ermənistan arasında münasibətlərə dair bütün müzakirə və debatları yaxından izləmişəm. Bu danışıqlar çox vaxt narahatlıq, qeyri-müəyyənlik və gələcəklə bağlı suallarla müşayiət olunurdu. Ona görə də indi möhkəm sülhün sadəcə xəyal olmadığı, nail olunacağı reallıq olduğunu göstərən müsbət xəbərləri bölüşmək xüsusilə xoşdur”.

Məqalənin sonunda səfir şimal regional əməkdaşlığının uğurlu təcrübəsi ilə paralel aparır. Onun fikrincə, bu təcrübə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və əməkdaşlığın inkişafı üçün dəyərli oriyentir ola bilər.

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər