“Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir” – RƏY

“Bu gün Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim inkişaf etdirir: “Bu gün Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Hər iki ölkə arasında qarşılıqlı əməkdaşlıq, bütün sahələr üzrə faydalı əlaqələrin qurulması münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfələr verir. 21 fevral 2022-ci il tarixdə Prezident cənab İlham Əliyevin və I vitse- prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri, səfər çərçivəsində hər iki ölkənin rəhbərlərinin təkbətək görüşü, qarşılıqlı əməkdaşlığa və müttəfiqliyə dair birgə Bəyannamənin imzalanması Azərbaycanla Rusiya arasında əlaqələrin yeni müstəvidə formalaşdığını göstərir. Moskva Bəyannaməsi tərəflər arasında qarşılıqlı əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaqla bərabərhüquqlu münasibətlərin yüksək səviyyədə tənzimlənməsində mühüm rol oynayacaq, hər iki ölkənin münasibətlərinin bundan sonra uğurlu inkişafına, regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına müsbət təsirini göstərəcək”.

Oxunub: 638

Son xəbərlər

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Bütün xəbərlər