gundem / siyaset
4.05.2026, 11:45
Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək
Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.
DogruXeber.tv Ermənistan mətbuatına istinadən xəbər verir ki, tədbir “Gələcəyi qururuq: Avropada birlik və davamlılıq” devizi altında keçirilir.
Xatırladaq ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləcək.



