Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

Ukraynalı tanınmış jurnalist Dmitri Qordon Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı səsləndirdiyi fikirlərlə geniş rezonans doğurub. Onun açıqlamaları rusdilli və ukraynadilli informasiya məkanında sürətlə yayılaraq trendə çevrilib.
DogruXeber.tv Musavat.com-a istinadla xəbər verir ki, Qordon bu səfəri xüsusi vurğulayaraq bildirib:
“Mən bunu böyük hadisə hesab edirəm. Müharibə başlayandan bəri Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana ilk səfəri, onun prezident İlham Əliyevlə görüşü...”
Jurnalist İlham Əliyevin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi də ayrıca qeyd edib:
“Azərbaycan Prezidentinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə sözləri… bunlar çox vacibdir".
Qordon çıxışında Azərbaycanın inkişaf modelinə və strateji siyasətinə geniş yer ayıraraq onu nümunə kimi təqdim edib:
“Ümumiyyətlə, əlbəttə ki, bizim üçün Azərbaycan bir nümunədir. Təkcə heyrətamiz iqtisadi inkişafda deyil, təkcə ölkəni birləşdirmək bacarığında deyil, həm də özünə məxsus olanı geri almaq bacarığında bir nümunədir".
Onun sözlərinə görə, Azərbaycanın uğuru mürəkkəb beynəlxalq şəraitdə əldə olunub:
“Çünki hər şey Azərbaycanın əleyhinə idi: həm Rusiya, həm Ermənistan, əlbəttə, həm bir çox avropalılar, həm də bir çox amerikalılar. Hamı onlara deyirdi: "Barışın, Qarabağı verin, hər şey yaxşı olacaq’.”
Qordon bu çağırışlara baxmayaraq Bakının geri çəkilmədiyini xüsusi vurğulayıb:
“Xeyr! Onlar öz arzularını həyata keçirdilər. Yavaş-yavaş, amma əminliklə, çox məqsədyönlü, çox diqqətli, çox dəqiq şəkildə öz hədəflərinə doğru getdilər.”
Jurnalist Azərbaycanın nəticədə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb:
“Bu ən güclü dövlət siyasəti sayəsində onlar özlərinə məxsus olanı geri aldılar. İndi onlarda suverenlik bərpa olunub, dövlətin ərazi bütövlüyü bərpa olunub".
O, çıxışını açıq heyranlıq ifadəsi ilə yekunlaşdırıb: “Mən Azərbaycanın etdiklərini alqışlayıram, buna heyranam".
Qordonun bu fikirləri yayıldığı video materialda Qəbələdə baş tutan Əliyev-Zelenski görüşünün görüntüləri ilə müşayiət olunur. Liderlər arasında səmimi və isti təmasların əks olunduğu kadrlar mesajın təsirini daha da gücləndirir.
Qeyd edək ki, milyonlarla izləyicisi olan Qordonun bu cür açıqlamaları MDB məkanında ictimai rəyin formalaşmasına ciddi təsir göstərir. Bu baxımdan onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər ölkənin həyata keçirdiyi siyasi kursun beynəlxalq media müstəvisində də yüksək qiymətləndirildiyini göstərir. Beləliklə görünən budur ki, Azərbaycanın regionda formalaşdırdığı siyasi xətt və əldə etdiyi nəticələr təkcə rəsmi diplomatik platformalarda deyil, eyni zamanda beynəlxalq media və ictimai rəy liderləri tərəfindən də açıq şəkildə etiraf olunur.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan modeli artıq yalnız regional deyil, daha geniş coğrafiyada diqqətlə izlənən və nümunə kimi təqdim olunan siyasi kursa çevrilib.

Oxunub: 46

Son xəbərlər

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Bütün xəbərlər