dunya
18.10.2018, 10:31
Putinin Türkiyəyə səfəri dəqiqləşdi
![]()
Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri dəqiqləşib.
Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib
Onun sözlərinə görə, Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçiriləcək Suriya Zirvəsində bir araya gələcək.
Zirvədə Putinlə yanaşı, Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Emmanuel Makronun iştirakı da gözlənilir./Faktor.az


