gundem / siyaset / dunya
26.11.2022, 09:30
Macarıstan prezidenti Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək
Macarıstan prezidenti Katalin Novak Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Macarıstanın Index portalı yazıb .
Novakın qonşu ölkəyə getdiyi bildirilir. Nəşrin məlumatına görə, o, “qatarla Polşaya , oradan isə Ukraynaya gedəcək”.
Qeyd olunur ki, bu, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Macarıstan dövlətinin başçısının Ukraynaya ilk səfəri olacaq .
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Macarıstanın baş naziri Viktor Orbanla danışdığını bildirib . Dövlət başçısı Orbana göstərdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya dəvət edib.



