gundem / hadise
4.05.2026, 10:30
İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü
Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada vəfat edib.
DogruXeber.tv xəbər verir ki, hadisə aprelin 26-sı Saray qəsəbəsində qeydə alınıb.
1968-ci il təvəllüdlü paytaxt sakini İlqar Ələsgər oğlu Şəfiyev təmir işləri apararkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
İ.Şəfiyev mayın 2-də yerləşdirildiyi xəstəxanada vəfat edib.
Hazırda araşdırma aparılır./qafqazinfo



