gundem / siyaset / Cəmiyyət
27.10.2025, 17:15
İlham Əliyev və Ərdoğan İrəvana dəvət olunub - Mirzoyan
Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci zirvə görüşü üçün İrəvana dəvət olunublar.
"DogruXeber.tv" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada jurnalistlərə bildirib.
"Dəvətlər hələlik şifahidir, biz hələ heç bir sənəd göndərməmişik", - deyə Ararat Mirzoyan əlavə edib.



