dunya
19.08.2020, 18:00
Avropa Birliyinin Belarusla bağlı təcili sammiti başladı

Avropa Birliyinə daxil 27 ölkənin dövlət və hökumət başçısı Polşa və Litvanın təşəbbüsü ilə Belarusla bağlı videokonfrans formatında təcili sammitə başlayıb.
dogruxeber.tv bildirir ki, bu barədə Avropa Şurasının rəhbəri Çarlz Mişelin nümayəndəsi Barend Leyts Tvitterdə yazıb.
Çarlz Mişel sammitin nəticələrinə əsasən Belarus rəhbərliyi ilə müzakirələrin aparılacağını deyib.
"Bu gün liderlər Belarusdaki böhrandan çıxış yollarını müzakirə edəcəklər. Dinc əhali ilə dialoqa başlanılmalıdır", - Mişel bildirib.
(Axar.az)


