Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb.

Nazirlər Kabinetindən "dogruxeber.tv"a verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Dünyada yeni çağırışlar, o cümlədən hazırkı beynəlxalq geosiyasi vəziyyət, qlobal təhlükəsizlik məsələləri, qida böhranı riskləri, enerji çatışmazlığı problemi, pandemiya ilə mübarizə və bir çox digər məsələlər müzakirə olunub.

44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda regional təhlükəsizliklə bağlı fikirlərini bölüşən Baş nazir Azərbaycanın Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası gələcək üçün böyük perspektivlər vəd etdiyi və bu baxımdan Zəngəzur dəhlizinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işləri barədə məlumat verildi.

Görüşdə, həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər