“Azərbaycan və Rusiya dövlət başçıları arasında münasibətlərin yeni yüksələn səviyyəsi MDB məkanında…” – Aydın Quliyev











Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir.

Bu barədə Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya növbəti səfəri, həmin səfər çərçivəsində imzalanmış müxtəlif sənədlər iki ölkənin əməkdaşlığını tam kompleks halına salmaq və zənginləşdirmək baxımından diqqət çəkir:

“Ölkələrimizin strateji tərəfdaşlığı indiyə qədər də zəngin idi və regionumuzda ikitərəfli strateji tərəfdaşlıq kontekstində nümunəvi idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putinlə növbəti çoxsaylı razılaşmaları bundan sonra daha çoxşaxəli əməkdaşlıq yollarından danışmağa əsas verəcək”.

Ekspert qeyd edib ki, imzalanmış yeni sazişlər iqtisadi, sosial, investisiya, ticarət, nəqliyyat, infrastruktur, bank, maşınqayırma və digər sektorları əhatə etməklə çox böyük perspektiv fəaliyyətdən xəbər verir:

“Təkcə həmin sənədlərin adını sadalamaq yetər ki, iki ölkəni hansı birgə nəhəng işin gözlədiyini görə bilək. Bu sazişlərin icrası Azərbaycan-Rusiya əməkdaşlığını MDB-də analoqu olmayan, hətta bəzi hallarda strateji müttəfiqlərin münasibətlərini də üstələyən səviyyəyə çıxaracaq. Həqiqətən bir neçə onillik üçün səmərəli əməkdaşlıq xəritəsi çəkildi. Əldə olunan razılaşmalar bir nöqteyi-nəzərdən də əlamətdardır. Belə ki, Azərbaycan və Rusiya dövlət başçıları arasında münasibətlərin yeni yüksələn səviyyəsi MDB məkanında şəxsi münasibətlər modelinin hər cür problemin fövqündə dayandığını nümayiş etdirmək baxımından daha bir nümunə olacaq”.

Baş redaktor əlavə edib ki, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir: “İndi Azərbaycan-Rusiya tandemi daha möhkəm əsaslarla Qafqazda və bütün MDB məkanında əsas təhlükəsizlik vektorlarından birinə çevrilir”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 15 sənəd imzalanıb.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər