dunya
11.08.2020
İrandan Trampa cavab: Razılaşma olmayacaq

ABŞ Prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə Tehranla müqavilə imzalayacağı haqqında bəyanatı yalnız seçiciləri cəlb etmək məqsədi daşıyır.
dogruxeber.tv bildirir ki, bunu İran hökümətinin rəsmi nümayəndəsi Əli Rəbii deyib.
“Trampın İranla uğurlu diplomatiya aparmaq üçün dörd ili var idi. Onun sayəsində son illərdə ABŞ böyük səhvlərə yol verdi. Əgər Donald Tramp İrana təzyiq siyasətini davam etdirsə, ikinci müddətə seçilsə belə, Tehranla heç bir razılaşma əldə edə bilməyəcək”, – Əli Rəbii deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkisində qalib gələcəyi təqdirdə İran və Şimali Koreya ilə razılıq əldə edəcəyini bildirib.
(Axar.az)


