Yeni “iPhone”ların nə üstünlüyü var?













Dünən “iPhone”un 3 yeni modelini təqdim edilib. İlk model 1 il bundan əvvəl təqdim edilmiş “iPhone X” aparatının təkmilləşdirilmiş versiyasıdır və “iPhone XS” adlandırılıb.

"dogruxeber.tv" “ICTnews”a istinadən xəbər verir ki, yeni model daha möhkəm şüşədən işlənib hazırlanmış 5,8 düymlük diaqonallı displeyə malikdir. Qurğu “A12 Bionic” adlı yeni 6 nüvəli prosessor (əvvəlki modeldən 2 dəfə sürətli işləyir) və təkmilləşdirilmiş 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib. Yeni modelin qiyməti 999 dollardan başlanacaq.

Təqdim edilmiş ikinci smartfon “iPhone XS Max” adlanır. Birinci modeldən yeganə fərqi 6,5 düymlük displeyə malik olmasıdır, texniki xüsusiyyətlər eynidir. Bu qurğunun başlanğıc qiyməti 1099 dollar təşkil edəcək.

Hər iki smartfon tutumlu akkumulyatorla təchiz edilib, həmçinin iki SİM-kart dəstəkləyir ki, bu da müxtəlif mobil operator və tarif planları arasında keçid etməyə imkan verəcək. SİM-kartlardan biri elektron, digəri isə fiziki olacaq. Bu halda Çində yerli qanunvericiliyə uyğun olaraq 2 fiziki kart dəstəkləyən smartfonlar təqdim ediləcək.

Üçüncü model isə “iPhone XR” adlı ucuz versiyadır. Bu aparat yeni OLED texnologiyasından fərqli olaraq ucuz LCD texnologiyası üzrə hazırlanmış 6,1 düymlük diaqonallı displeylə təchiz edilib. Smartfona “A12 Bionic” prosessoru quraşdırılıb, ancaq 12 meqapiksellik kamera ikiqat deyil, tək olacaq. Qurğunun minimal qiyməti 749 dollar təşkil edəcək.

“iPhone XR” üçün ilkin sifarişlər 19 oktyabr tarixindən əlçatan olacaq, ABŞ-da 26 oktyabr tarixində satışa çıxarılacaq. “iPhone XS” və “iPhone XS Max” cihazları artıq sentyabrın 14-dən sifariş üçün əlçatan olacaq, ABŞ-da 21 sentyabr tarixində satışa çıxarılacaq. 64, 256 və ya 512 QB-lıq daxili yaddaşa malik versiyalar üzrə tədarük olunacaq ilk iki model boz, gümüşü və ya qızılı rənglərdə əlçatan olacaq. “iPhone XR” isə 64, 128 və ya 256 QB-lıq yaddaşa malik versiyalar üzrə satılacaq, qara, sarı və mərcan daxil olmaqla 6 rəngdə əlçatan olacaq.

Bundan başqa, “Apple Watch” smart saatlarının dördüncü seriyası təqdim edilib. Yenilik ürəyin elektrokardioqramasını etməyə imkan verən daxili sensorla təchiz edilib. “Apple” qurğunun düymələrindən birini elə modifikasiya edib ki, həmin düyməyə sıxıb saxlayarkən istifadəçi fərdi elektrokardioqrama edə biləcək.

İndi smart saatlar yeni ikinüvəli prosessor və əvvəlki modellə müqayisədə 35% daha geniş, amma daha nazik displeylə təchiz edilib. Qurğuya inteqrasiya edilmiş akselerometr və hiroskop indi cihaz sahibinin təsadüfən yerə yıxılmasını qeydə alır və bu halda “ağıllı” saat bir neçə dəqiqə sonra avtomatik olaraq xilasetmə xidmətinin telefonunu yığa və hadisənin baş verdiyi yerin koordinatları daxil olmaqla bədbəxt hadisə haqda məlumat verə biləcək.

Yeni “Apple Watch” saatları 3 rəngdə əlçatan olacaq. 21 sentyabr tarixində ABŞ və bir sıra başqa ölkələrdə satışa çıxarılacaq GPS dəstəkli versiyanın qiyməti 399 dollar, mobil rabitə funksiyasını dəstəkləyən modelin qiyməti isə 499 dollar təşkil edəcək.

Oxunub: 1 176

Son xəbərlər

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

“iPhone 18 Pro” bu rəngdə olacaq

Benilüks ölkələrindən Azərbaycana HÜCUM – Bakıdan REAKSİYA

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib

Türkiyə Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır

İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib

Rövşən Məmmədov "sevimli kadrı"nı işdən çıxardı - İş yoldaşlarının adına kredit götürüb? (ŞOK İDDİA)

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Bütün xəbərlər