“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qana  Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb - FOTO

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüşüb.

Sədr iki ölkə arasında mövcud əməkdaşlığın güclənməsi istiqamətində diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə xidmətə başlamasından məmnun olduğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycanla Qana arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi, iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-
mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin
QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qana  Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb - FOTO

Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Xanım səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında
dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qana  Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb - FOTO

Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxunub: 504

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər