“AzerGold” QSC ilə Fransa şirkətləri arasında əməkdaşlıq  imkanları müzakirə olunub

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Fransanın ölkəmizdəki səfirinin İqtisadiyyat müşaviri Lui Tulorj və iqtisadi məsələlər üzrə attaşesi Yannik Haronis ilə görüş keçirib.
Görüşdə ölkəmizdə fəaliyyət göstərməkdə maraqlı olan Fransa şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi şirkətin 5 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verib. Həmçinin “AzerGold”un geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə uğurlu fəaliyyəti, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs olunub. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa daim önəm verdiyini bildirən Z.İbrahimov bu xüsusda Cəmiyyətin xarici şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.
Öz növbəsində, Fransa şirkətlərinin Azərbaycanda nəqliyyat, energetika sahələrində geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Lui Tulorj digər sahələrdə də əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. Diplomat, həmçinin bu cür görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.
Ümumilikdə dağ-mədən sənayesinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması üzrə nou-hau texnologiyaların tətbiqi, gələcək layihələrdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilmişdir.

Son xəbərlər

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Bütün xəbərlər