“AzerGold” QSC ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti arasında geniş tərkibli onlayn görüş keçirilib.
Görüşdə “AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, MEXT Texnologiya Mərkəzinin icraçı direktoru Efer Erdem, “KoçDigital” şirkətinin icraçı direktoru Önder Kaplancık və digər rəsmilər iştirak ediblər.
“AzerGold” QSC-nin istehsal müəssisələrin səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə Cəmiyyətinin istehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması, bu proseslərə dair innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi, o cümlədən Cəmiyyətdə biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün nəticəsi olaraq potensial əməkdaşlıq üzrə texniki detalların müzakirəsi üçün “AzerGold” QSC və MEXT Texnologiya Mərkəzi və “KoçDigital” şirkətinin aidiyyəti mütəxəssislərinin görüşünün keçirilməsi planlaşdırılır. Əlavə olaraq əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi məqsədi ilə qarşılıqlı olaraq istehsalat sahələrinə işgüzar səfərlərin edilməsi razılaşdırılıb.
"dogruxeber.tv" qeyd edir ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində mütəmadi qaydada maddi-texniki bazasını müasir tələblərə uyğun olaraq yeniləyir. Mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsal prosesində səmərliliyin artırılması Cəmiyyətin əsas prioritetlərindən biridir.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər