AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC  arasında işgüzar görüş olub












Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.

Geologiya və Geofizika İnstitutunda keçirilən görüşdə çıxış edən akademik A.Əlizadə rəhbərlik etdiyi elm ocağının Azərbaycanda geologiya elminin inkişafı, yeni geoloqlar nəslinin yetişdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. A.Əlizadə “AzerGold” QSC-nin ölkəmizdə faydalı qazıntı yataqlarının kəşfiyyatı və idarə olunması sahəsində mühüm işlər gördüyünü qeyd edib, institutun geoloq-alimlərinin də məsləhətçi qismində layihələrdə iştirakını məmnunluqla xatırladıb, birgə əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağını sözlərinə əlavə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov isə Azərbaycanda geologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərimizə daim hörmət və ehtiram bəslənildiyini, bu gün də sözügedən sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyyələrinə ciddi ehtiyac olduğunu qeyd edib, bu xüsusda Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Birgə əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəsislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilmişdir. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanmışdır. Həmin modellər Səhmdar Cəmiyyətin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilməkdədir.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər