Zakir İbrahimov Pakistanın nümayəndə heyəti ilə görüşüb - FOTO

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyunun 2-də Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan İdarə Heyətinin sədri dost və qardaş Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən mübarizədə ölkəmizin haqlı mövqeyinə göstərdiyi siyasi dəstəyin hər zaman xatırlandığını və heç zaman unudulmayacağını qeyd edib.

Azərbaycan-Pakistan əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyini vurğulayan Zakir İbrahimov daha sonra “AzerGold” QSC-nin fəaliyyəti, əldə etdiyi uğurlar, dövlət şirkətinin uzunmüddətli strateji təşəbbüsləri, əlvan və qara metal istiqamətləri üzrə görülən işlərdən geniş bəhs edib.

Görüşdə ölkəmizin dağ-mədən sənayesi barədə məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş ərazilərimizdə faydalı qazıntı yataqları ilə bağlı böyük perspektivin olduğu qeyd edilib. Buna baxmayaraq, həmin ərazilərdə geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən basdırılmış minaların əngəl olduğu və bugünədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb.

Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən faydalı əməkdaşlıq təcrübəsinin mövcud olduğunu diqqətə çatdırıb. Pakistanlı nazir əlaqələrimizin dağ-mədən sənayesi üzrə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. M.Malik ölkəsinin mineral xammal ehtiyatları barədə məlumat verib, xüsusilə də kömür, dəmir filizi, mis və qızıl sahələrinin potensial əməkdaşlıq üçün cəlbediciliyini vurğulayıb.

Ölkə hüdudlarından kənarda fəaliyyətin genişləndirilməsinin “AzerGold” QSC-nin əsas strateji hədəflərindən biri olduğunu qeyd edən Z.İbrahimov hazırda qonşu ölkələrlə birgə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini qeyd edib. Sədr dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğunu diqqətə çatdırıb. Bu xüsusda, tərəflər arasında dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib və bu istiqamətdə məlumat mübadiləsi, müzakirələrin təşkili və Pakistana səfərlə bağlı təkliflər nəzərdən keçirilib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.

Son xəbərlər

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Bütün xəbərlər