sou
20.07.2020
Əmrah boşanır

Müğənni Əmrah və həyat yoldaşı Sibel Erdoğan boşanır.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 2014-cü ilin iyununda evləndiyi Sibellə yollarını ayırıb.
İfaçı boşanma ərizəsini vəkili Merve Fidan vasitəsilə Bodrum Ailə Məhkəməsinə təqdim edib. Dosyaya gizlilik qərarı aldıran Əmrah həyat yoldaşından heç bir şey tələb etməyib.
Qeyd edək ki, Əmrahla Sibel arasındakı ailə münaqişə ötən ilin yanvarından başlayıb.


