hadise
19.02.2019, 18:52
60 yaşlı kişini elektrik cərəyanı vurdu

Sumqayıt şəhərində 60 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Tarverdi Sadiq oğlu Əliyev yaşadığı evdə elektrik işi görən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Nəticədə ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.(report)


