hadise
5.04.2019
Gəncədə 35 yaşlı kişi özünü qatarın altına atıb

Gəncə şəhərində 35 yaşlı kişini qatar vuraraq öldürüb.
Hadisə Gəncə-Zazalı dəmir yolu xəttinin Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Rəsulovun özünü Bakı istiqamətində hərəkətdə olan yük qatarının altına ataraq intihar etdiyi bildirilir.(report)


