hadise
21.08.2018
Bu gün özünü metro qatarının altına atdı !

dogruxeber.tv xəbər verir ki,bu gün günorta təxminən 12.35 radələrində üzü Həzi Aslanov istiqamətinə gedən metro qatarının Nizami metro stansiyasında təxminən 40-50 yaş arasında olan bir kişi özünü qatarın altına atıb. Hadisə yerində olan vətəndaşlardan biri hadisəni video lentə almağa müvəffəq olub. Vətəndaş video çəkilişi redaksiyamıza təqdim etməklə yanaşı bildirib ki, “özünü qatarın altına atan kişi çox guman ki, sağ qaldı.” Hadisə ilə bağlı daha ətraflı məlumat əldə etdikdə sizlərə təqdim edəcəyik.


