Azərişıq”: Bölgələrdəki “ASAN Xidmət”lər vasitəsilə işıq çəkdirmək mümkündür[m














ASAN Xidmət” brendi və “Strateji Yol Xəritəsi”nə uyğun olaraq “Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri davam edir.



, ASC-nin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri tutan və “Doing Business”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan “istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adlandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir.



Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN” xidmət və “ASAN Kommunal" mərkəzləri vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Masallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN Xidmət” və “ASAN Kommunal" mərkəzləri vasitəsilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.



Eyni zamanda, “Doing Business”in qiymətləndirmə tələblərində başlıca yer tutan, sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımlar atılır. Artıq paytaxtdakı “ASAN Kommunal” mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba “ASAN Kommunal” mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda qeyri-əhali abonentlərin obyektlərinə 150 kVt-a qədər işıq çəkilmə prosesinin digər rayonlardakı “ASAN Xidmət” mərkəzlərini əhatə edəcəyi gözlənilir: "Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq".



Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma prosesinin daha sadə və çevik formada aparılmasının “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqi ilə bağlıdır.|“Azərişıq”dan

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər