Hökümətin rüsumunu kəskin azaltdığı yağın qiyməti niyə ucuzlaşmır? - ƏSL SƏBƏB BİLİNDİ











Dekabrın 8-dən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılsa da qiymətlərdə ucuzlaşma müşahidə olunmur.
Kərə yağının qiymətində ucuzlaşma baş verməyib və əvvəlki kimi 17 – 19 manata satılır.

Halbuki, dekabrın əvvəllərində qüvvəyə minən qərara əsasən kərə yağının gömrük idxal rüsumları 15%-dən 5%-ə endirilib. Nəticə etibarilə qiymətlərdə kəskin ucuzlaşma baş verməliydi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında hökumət tərəfindən ciddi tədbir görülsə də kərə yağının niyə ucuzlaşmadığının səbəblərindən danışıb.

Onun sözlərinə görə, gömrük rüsumlarının 3 dəfə azaldılması əlavə dəyər vergisinin məbləğinə də təsir edib və ƏDV məbləğ etibarı ilə azalıb.

“Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxarmalıydı.

Rüsum və ƏDV vergisinin azaldılması sahibkarın daha az xərclə məhsulu bazara çıxarması deməkdir. Rüsumların azaldılmasından vətəndaş deyil, sahibkar qazandı. Halbuki rüsumun azaldılmasında məqsəd budur ki, qazanan istehlakçı olsun”, - deyə Vüqar Bayramov




Hökümətin rüsumunu kəskin azaltdığı yağın qiyməti niyə ucuzlaşmır? - ƏSL SƏBƏB BİLİNDİ










iqtisadçı-ekspert bunun qarşısını almaq üçün aidiyyatı dövlət qurumları tərəfindən monitorinqlər keçirilməlisinin zəruri olduğunu bildirdi.

“Rüsum azaldıqdan sonra qiymətlərin hansı istiqamətdə dəyişdiyi müşahidə edilməlidir. Nə üçün qiymətlərdə azalma baş vermədi? Monitorinqlər keçirilməli və bunun səbəbləri araşdırılmalıdır. Təbii ki, bu, bazar iqtisadiyyatının qanunları çərçivəsində həyata keçirilməlidir.

Kərə yağının istehsalı ilə məşğul olan şirkətlərin sayını artırılmasına da ehtiyac var. Nəticədə rəqabət yaranacaq və bu isə qiymətlərin aşağı salınmasını stimullaşdıracaq.

Ən əsası yerli istehsal dəstəklənməlidir. Bazara daha çox yerli istehsal olan məhsul çıxarılsa, idxal azalacaq, bu fonda da qiymət azalması ilə bağlı tətbiq edilən qaydalar işləyəcək”, - deyə Vüqar Bayramov qeyd etdi./BAKU.WS

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər