Ali məktəbə girə bilməyən gəncdən dəhşətli cinayət













Cəlilabad rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Sadiq Babayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Sadiq Babayev ötən il mayın 10-da saat 22 radələrində Cəlilabad rayonunun Fətullaqışlaq kəndində yerləşən dörd yöl ayrıcında ali məktəbə daxil ola bilməməsini ona irad tutan və onun ünvanına nalayiq söyüşlər söyərək təhqir edən həmkəndlisi Həsən Mirxasovla mübahisə edib.

Onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Sadiq Babayev üstündəki bıçaqla Həsən Mirxasanova 4 bıçaq xəsarəti yetirib. Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sadiq Babayevin barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Babayev 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sadiq Babayevin müdafiəçisi Vəliəhəd Həbibov apelyasiya şikayəti verib. O, şikayətində müvəkkilinin barəsində olan hökmün dəyişdirilməsini, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs Sadiq Babayevə təyin edilmiş cəza şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyil.

Məhkəmə cəza təyin edərkən onun ilk məhkumluğu, törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, onun müalicəsi üçün çəkilən bütün xərcləri ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və iddiasının olmaması kimi cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını tam nəzərə almayıb.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, şikayət qismən təmin edilib. Məhkəmə Sadiq Babayevin cəzasını 1 il 6 aya endirib./teleqraf.com

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər