Azərbaycanın 20 il əvvəl axtarışa verdiyi, Moskvada həbs olunan şəxsin kimliyi məlum olub













Azərbaycanın 20 ildir, axtarışa verdiyi, Moskvada həbs olunan mütəşəkkil cinayətkar dəstənin başçısının adı məlum olub.

Rusiya hüquq-mühafizə orqanlarından saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.

Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.

Məlum olub ki, A. Rüstəmov uzun müddət Moskvada başqa adla gizlənib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk onun 1997-ci ildə törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bildirib.

***

13.47

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.

Onun 20 ildir axtarışda olduğu bildirilir.

O, xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə saxlanılıb.

"Həmin şəxs 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, saxta SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşı və ümümvətəndaşlıq pasportları alıb. Lakin hüquq-mühafizə orqanları sonradan müəyyən edib ki, Azərbaycanda eyni ad-soyadda başqa şəxs yaşayır”, - deyə İrina Volk bildirib.

DİN rəsmisi əlavə edib ki, Rusiya tərəfindən verilən vətəndaşlıq artıq ləğv edilib.

Azərbaycanlının kirayə yaşadığı evdə axtarış zamanı "İJ-70 və "Brauninq” markalı tapançalar, 23 güllə və Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.

İ. Volk bildirib ki, saxlanılan şəxs barəsində qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb: "Onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur. Həmin şəxsin Rusiya ərazisində digər cinayətlərdə iştirakı məsələsi də yoxlanılır"./RİA "Novosti"

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər